“Neftçi” Çempionlar Liqasına böyük hesablı qələbə ilə başladı - VİDEO

“Neftçi” Çempionlar Liqasına böyük hesablı qələbə ilə başladı - VİDEO

Bu gün UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk görüşləri keçirilib. Ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Bakının "Neftçi" komandası Gürcüstanın "Zestafoni" klubunu qəbul edib.


Görüşə aktiv başlayan meydan sahibləri 22-ci dəqiqədə Cavid İmamverdiyevlə hesabı açıb. Bir dəqiqə sonra Julius Vobay "Neftçi"nin üstünıüyünü 2 topa çatdırıb.


İkinci hissədə qonaqlar hesabı azaltmaq üçün hucumlarını artırsalar da, paytaxt təmsilçimiz təhlükəli əks-hücumlar qurub. 63-cü dəqiqədə isə belə əks-hücumların birində Nikolas Kanalas 3-cü topu "Zestafoni"nin qapısından keçirdib.


Beləliklə, "Neftçi" Çempionlar Liqasına 3:0-lıq böyük hesablı qələbə ilə başlayıb. Təkrar matç gələn həftə Tbilisdə oynalınacaq.


"Neftçi" (AZƏRBAYCAN) - "Zestafoni" (Gürcüstan) - 3:0

Qollar: Cavid İmamverdiyev, 22 (1:0), Julius Vobay, 24 (2:0), Nikolas Kanales, 63 (3:0)


"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə (Saşa Yunisoğlu, 71), Bruno Bertuççi, Rəşad Sadiqov, Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 76), Flavinyo (Araz Abdullayev, 62), Julius Vobay, Nikolas Kanales, Erik Ramos


"Zestafoni": Roin Kvasxvadze, Mamuka Kobaxidze, Teymuraz Qonqadze, Edik Sadyaya, Caba Dvali, Levan Şarikadze, Zurab Menteşaşvili, Tornike Qorqiaşvili, Zaal Eliyava, Tornike Apçiauri (Luka Ququçiya, 67), Abaomi Ovojikoko (Muciri, 59)

Bütün xəbərlər Facebook səhifəmizdə