\"Neftçi\" Gürcüstan çempionunu məğlub etdi

\"Neftçi\" Gürcüstan çempionunu məğlub etdi
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən \"Neftçi\"- \"Zestafoni\" görüşü, bir neçə dəqiqə bundan əvvəl başa çatıb. Siasport.az saytı xəbər verir ki, \"ağ qaralar\", gürcü rəqiblərinin qapısından 3 cavabsız qol keçirərək növbəti mərhələyə yüksəlmək şanslarını artırıblar. Komandamızın qollarına Cavid İmamverdiyev, Julius Vobay və Nikolas Kanales imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə