“Milan” klubu \"Santos\"un təklifi ilə razılaşmayıb

“Milan” klubu \"Santos\"un təklifi ilə razılaşmayıb

"Milan" rəhbərliyi "Santos"un Robinyo üçün göndərdiyi təklifi qəbul etməyib. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi amerikalılar Robinyo üçün 4 milyon avro və Braziliya olimpiya yığmasının qapıçısı olan Rafael Barbozanı təklif ediblər. Lakin "Milan" belə bir dəyişikliyin onlar üçün maraqlı olmadığını vurğulayıb.

Qeyd edək ki, Robinyonun müqaviləsi 2014-cü ilə qədər nəzərdə tutulub. Futbolçu özü "Santos" klubuna keçərək 5 illik müqavilə imzalamağı arzulayır.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə