Yeni mövsümdə "Qarabağ" klubunun ev oyunlarının keçiriləcəyi stadion bəlli olub. Siasport.az saytının məlumatına görə, ağdamlılar növbəti mövsümdə ev oyunlarını Bakıda keçirəcək.
Qeyd edək ki, bir müddət əvvəl "Qarabağ" növbəti mövsümdə həm Quzanlıda, həm də Bakıda oynamaq istədiyini bildirmişdi. Lakin PFL-in prezidenti Ramin Musayev dəfələrlə bildirib ki, bu mümkün olan iş deyil.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB