"Palermo" klubunun vitse-prezidenti Quqliemo Mikkiçe futbolçu Federiko Balsarettinin heç bir İtaliya klubuna keçməyəcəyini deyib. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, oyunçunun transfer oluna biləcəyi yeganə klub isə "PSJ"-dir. Futbolçu yalnız fransız klubuna keçmək istədiyini vurğulayıb. Buna səbəb onun həyat yoldaşının Parisdə işləməsidir. Müdafiəçinin müqaviləsi gələn ilin yayında başa çatır. Əgər "PSJ"-dən təklif gəlməzsə, Balsaretti \"Palermo\" ilə müqavilənin müddətini artıracaq.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB