Əziz Yıldırım geri qayıtdı

Türkiyənin "Fənərbaxça" klubunun rəhbəri Əziz Yıldırım həbsxanadan çıxdıqdan sonra ilk dəfə idarə heyəti toplantısına qatılacaq. Siasport.az saytının məlumatına görə, 3 iyul 2011-ci il tarixində danışılmış oyun adı ilə haqqında cinayət işi açılan Yıldırım 1illik həbs həyatından sonra işinə qaldığı yerdən davam edəcək. Hələ həbsdə olarkən Əziz Yıldırım 10-cu dəfə klubunun rəhbəri seçilərək rekord qırmışdı. Bu gün toplantıda o ilk dəfə olaraq heyətə yeni üzv olmuş şəxslərlə də tanış olacaq. Əziz Yıldırım beləliklə "Fənərbaxça"nın rəhbərlik postuna rəsmi olaraq yenidən başlayacaq.

Qeyd edək ki, sədr köməkçisi Abdullah Kiğılı idarə heyəti yığıncağına, son konqresdə namizəd olmayan köhnə idarəçilərdən Əli Qoç, Nihat Özdəmir, Murat Özaydınlı, Cihan Qəmər və Serhat Çeçeni də dəvət etdiyini vurğulayıb.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə