Ronaldinyo 2,4 milyon dollardan məhrum oldu

Ronaldinyo 2,4 milyon dollardan məhrum oldu

Braziliyalı futbol ulduzu Ronaldinyo \"Coca Cola\" ilə sponsorluq müqaviləsinin olmasına baxmayaraq keçirdiyi mətbuat konfransında qarşısına \"Pepsi Cola\" qoyunca böyük bir sərvəti əldən verib. Siasport saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, \"Coca Cola\" şirkəti braziliyalı ulduzun qarşısında \"Pepsi\"ni görüncə Ronaldinyo ilə müqavilədən imtina edib. Ronaldinyo 2014-cü ilə qədər davam edəcək müqaviləyə əsasən ildə 772 min dollar almalı idi. Lakin müqavilənin ləğv olunması səbəbindən 32 yaşlı futbolçu 2,4 milyon dollarla vidalaşıb.

\"Coca Cola\" şirkətinin rəhbərliyi mətbuata verdiyi açıqlamada bu sözləri deyib: \"Ronaldinyonun karyerasının və dəyərinin fərqindəyik, amma bu şərtlər altında onunla müqaviləni davam etdirməyimiz mümkün deyil.\"

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə