Artıq 32 namizədin adları açıqlanıb
UEFA Avropada 2011/2012 mövsümünün "ən yaxşı futbolçu" olmağa 32 namizədin adını açıqlayıb. Bu barədə qurumun saytında rəsmi xəbər yerləşdirilib.
Namizədlər arasında son Avropa çempionu İspaniya yığmasının 8 futbolçusunun adı var. Bunlar David Silva, Andrea İniyesta, Xavi, Serxio Ramos, Fernando Torres, Sesk Fabreqas, Xabi Alonso və İker Kasilyasdır.
İspanların finaldakı rəqibi İtaliyadan isə 3futbolçu var - Mario Balotelli, Canluici Buffon və Andrea Pirlo.
Klublara gəlincə isə, ən çox namizəd İngiltərənin "Mançester Yunayted"i təmsil edir - 6 futbolçu. Növbəti yerləri 4 namizədlə "Barselona" və "Çelsi" klubları tutur.
Avqustun 14-də 32 nəfərlik siyahı qısaldılaraq 3-ə çatdırılacaq. Təntənəli mərasim avqustun 30-da, Çempionlar Liqasının püşkatma günü Monakoda keçiriləcək. Qalibin adını səsvermə yolu ilə idman jurnalistləri müəyyənləşdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB