17 iyul 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının yaranmasının 19-cu ildönümü ilə əlaqədar YAP Yevlax Rayon Təşkilatı Gənclər arasında stolüstü oyunlar üzrə yarışın final mərhələsini keçirib.
Tədbiri giriş sözü ilə YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında geniş məlumat verib.
Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Respublikada yarandığından qısa müddət sonra 1993-ci ilin iyul ayının 17-də YAP Yevlax Rayon Təşkilatı yaradılıb. Yarandığı vaxt 493 nəfər partiya üzvünü özündə birləşdirən YAP Yevlax Rayon Təşkilatı bu gün 7394 nəfərdən ibarət böyük bir insan kütləsini ətrafında birləşdirib. Rayonun ictimai-siyasi həyatında çox fəal iştirak edən YAP Yevlax Rayon Təşkilatı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin geniş təbliğində fəallıq sərgiləyir. Keçirilən seçkilərdə YAP Yevlax Rayon Təşkilatı Partiyanın irəli sürdüyü namizədlərin təbliğində onların seçkilərdə seçicilərlə görüşlərinin təşkil olunmasında proqram xarakterli geniş işlər görüb. Öz işi əməli ilə xalqın partiyası olan Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı həmişə bütün partiya üzvlərinin eyni zamanda gənclərin yanında olub, onlara mənəvi dayaq durub.
Partiya sıralarında dayanan 7394 nəfər partiya üzvünün 2214 nəfərini gənclər təşkil edir. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması, onların intellekt səviyyəsinin yüksəlməsi istiqamətində YAP Yevlax Rayon Təşkilatı müntəzəm olaraq silsilə tədbirlər həyata keçirir.
Bu gün də gənclər arasında keçirilən stolüstü oyunlardan ibarət yarış Rayon Təşkilatının yaranmasının 19 illiyinə həsr olunub. Məqsədimiz gəncləri Partiya ətrafında daha sıx birləşdirmək, onların intellekt səviyyələrinin formalaşmasına xidmət etməkdir.
Sonra çıxış edən natiqlər Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev və Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev ilk növbədə bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.
Onlar cənab Prezidentimizin gənclərə göstərdiyi qayğının bariz nümunəsi kimi təşkilatın gördüyü işləri yüksək qiymətləndirərək bu sahədə hər bir YAP üzvünə uğurlar arzulayıblar.
Yekunda stolüstü oyunlar üzrə qalib gələn gənclər YAP Yevlax Rayon Təşkilatının qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB