Məşhur Forbes jurnalı dünyanın ən bahalı idman klublarının siyahısını açıqlayıb. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyahıda dünyanın ən bahalı 50 klubu yer alıb.
Məlumat üçün bildirək ki, siyahıya rəhbərliyi İngiltərə Premyer Liqasının super gücü "Mançestr Yunayted" edir. Belə ki, klubun balansı 2 milyard 230 milyon dollar təşkil edir. "Yunayted"i isə İspaniyanın "Real Madrid" klubu 1 milyard 880 milyon dollarla izləyir.
Qeyd edək ki, ötən illə müqayisədə pillədə ən çox irəliləyən klub "Barselona" olub. Katalan klubu siyahıda 18 pillə irəliləyərək, 8 – ci yerdə qərarlaşıb.
Forbesin açıqladığı ilk 10-luq belədir:
1. "Mançestr Yunayted" - 2.23 milyard dollar
2. "Real Madrid" - 1.88 milyard dollar
3. "Nyu York Yankis" - 1.85 milyard dollar
3. "Dallas Cowboys" - 1.85 milyard dollar
5. "Washington Redskins - 1.56 milyard dollar
6. "Los Angeles Dodgers" - 1.40 milyard dollar
6. "New England Patriots" - 1.40 milyard dollar
8. "Barselona" - 1.31 milyard dollar
9. "New York Giants" - 1.30 milyard dollar
10. "Arsenal" - 1.29 milyard dollar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB