\"Simurq\" heyətini daha 2 futbolçu ilə gücləndirib

\"Simurq\" heyətini daha 2 futbolçu ilə gücləndirib
Avstriyada təlim-məşq toplanışda olan \"Simurq\" Peşəkar Futbol Klubu hazırlıqlarını davam etdirir. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, gündə iki dəfə olmaqla məşq edən Georgi Çixradzenin yetirmələri, bu gün də əsasən taktiki çalışmalar üzərində işləyib.

Məlumat üçün bildirək ki, toplanışın 3-cü günündə "sarı-qaraların" heyətinə baxış üçün dəvət edilmiş yeni futbolçular da qoşulub. Bunlar yarımmüdafiəçilər, slovakiyalı Branislav Fodrek və polşalı Burkxard Marçindir. Bu oyunçulardan əvvəl isə Miroslav Antonov, Daniel Peyev, Dilaver Zirnanoviç, Stjepan Poljak, Milan Andelkoviç və Darko Brljak \"Simurq\"un düşərgəsinə təşrif buyurub. Hazırda komandada baxışda olan legioner futbolçuların sayı səkkiz nəfərə çatıb. Onlar haqqında son qərar yoldaşlıq görüşlərindən sonra məşqçilər korpusu tərəfindən veriləcək. Qeyd edək ki, \"Simurq\" sabah – iyulun 18-də Avstriyada ilk yoldaşlıq görüşünə çıxacaq. Belə ki, \"Əl-Əhli\" komandası ilə keçiriləcək yoxlama matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə