“Qəbələ”nin Sloveniyada növbəti rəqibi müəyyənləşib

“Qəbələ”nin Sloveniyada növbəti rəqibi müəyyənləşib
Xəbər verdiyimiz kimi, "Qəbələ" klubu Sloveniyada təlim-məşq prosesini davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda təlim-məşq çərçivəsində yoxlama oyunları keçirir. Belə ki, Çexiya təmsilçisi "MFK Karvina" ilə görüşdən sonra yeni rəqib müəyyənləşib. Bu, Serbiyanın "İndiya" klubudur.

Məlumat üçün bildirək ki, "Qəbələ" rəqibi ilə iyulun 17-i ilə üz-üzə gələcək.

Qeyd edək ki, İndiya şəhərini təmsil edən klubun əsası 1933-cü ildə qoyulub. Komanda hazırda Serbiya Birinci Liqasında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə