Fabio Kapello Rusiya millisinə başçılıq edəcək!

Fabio Kapello Rusiya millisinə başçılıq edəcək!
Dik Advokatın istefasından sonra futbol üzrə Rusiya millisinin sükanı arxasına keçən yeni baş məşqçinin adı məlum olub. Siasport.az saytı xəbər verir ki,qalmaqallı şəkildə İngiltərə millisindən istefa verən italiyalı futbol mütəxəssisi Fabio Kapello, şimal qonşumuzun futbol millisinə başçılıq edəcək. Bu barədə Rusiya Futbol İttifaqının vitse prezidenti Nikita Simonyan məlumat verib. O bildirib ki, artıq Rusiya Futbol İttifaqının rəhbərliyi danışıqlar aparmaq üçün təcrübəli italyan mütəxəssisi Moskvaya dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə