Saxanın (Yakutiya) paytaxtı Yakutskda keçirilən "Asiyanın uşaqları" 5-ci beynəlxalq idman oyunlarında Azərbaycanın sərbəst güləş üzrə komandası müvəffəqiyyət əldə edib. Belə ki, məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin başçılığı ilə güləşçilərimiz müxtəlif nominasiyalarda səkkiz medal qazanıblar.
Məlumat üçün bildirək ki, Mahir Əmiraslanov (46 kq), yeniyetmə güləşçilər arasında dünya birinciliyinin iştirakçısı Vurğun Əliyev (50 kq) və Loğman Ağayev (58 kq) qızıl medal qazanıb. Şahin Muxtarov (32 kq), Elvin Xıdırov (63 kq) və Turxan Qurbanov (76 kq) gümüş medallara sahib olub. Bürünc medalları komandamıza Murad Süleymanov (54 kq) və Ruslan Aslanov (69 kq) qazandırıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov "Asiyanın uşaqları" oyunlarının keçirildiyi turnirdə sağlam rəqabətin hökm sürdüyünü qeyd edib. O, eyni zamanda yaxşı texniki göstərici nümayiş etdirən respublika çempionu Vurğun Əliyevin göstəricilərini də fərqləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB