Yaponiyanın Azərbaycandakı Fövqəladə və Salahiyyətli səfiri Şusuke Vatanabe və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün Lənkəran şəhər Mərkəzi Stadionunda olublar. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, mötəbər qonaqlar stadionun infrastrukturu ilə yaxından maraqlanıb, arenanın müxtəlif sahələri ilə ətraflı tanış olublar. Qonaqların gəlişi ilə bağlı təşkil olunan tədbirdə "Xəzər Lənkəran"dan klubun direktoru Höccət Hacıyev iştirak edib. Direktor "Xəzər Lənkəran" barədə ətraflı məlumatlandırmaqla klubun ölkə futbolunun inkişafına verdiyi təkan, klub işinə gətirdiyi çoxlu yeniliklər barədə söhbət açıb. Höccət Hacıyev həmçinin qarşıdan gələn 17 yaşlı qızlar arasında dünya çempionatı ilə əlaqədar stadionda hansı yeniliklərin edildiyi haqqında məlumat verib. Öz növbəsində Yaponiya səfiri stadionla tanışlıqdan məmnun qaldığını bildirməklə, ölkəsinin yığmasının qarşıdakı mundialda məhz bu stadionda oyun keçirməsini arzuladığını bildirib.
Qeyd edək ki, sonda qonaqların şərəfinə çay süfrəsi təşkil edilib və onlara "Xəzər Lənkəran"ın müxtəlif atributları xatirə hədiyyəsi olaraq təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB