"Əl-Vəsl"in keçmiş baş məşqçisi Dieqo Maradona klubdan 17 milyon avro təzminat tələb edir. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu Maradonanın müqaviləyə əsasən klubdan alacağı məbləğin yarısıdır. Argentinalı məşqçinin "Əl-Vəsl" klubu ilə olan müqaviləsi 2013-cü ilə qədər nəzərdə tutulmuşdu. Lakin komandanın nəticələri zəif olduğuna görə, baş məşqçi bir neçə gün əvvəl heyətdən qovulub.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB