“Bakı” daha bir oyunçusunu itirdi

“Bakı” daha bir oyunçusunu itirdi

Yeni mövsümə heç bir voleybolçunu heyətinə transfer etməyən "Bakı" daha bir oyunçusunu əldən verib. Siasport.az saytının məlumatına görə, son mövsümdə paytaxt eyni adlı təmsilçisi ilə "Çelenc Kup"un gümüş, Super Liqanın bürünc medalının sahibi olan Reqan Hud Azərbaycanı tərk edib.Buna "Bakı"nın voleybolçu ilə müqaviləsini təzələməməsi və Hudun özünə yeni klub tapmasına səbəb olub. Amerikalı legioner Rumıniyanın "Dinamo-Romprest" komandası ilə anlaşaraq buxarestlilərlə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Huddan öncə İtaliya millisinin üzvü Rafaella Kalloni, onun həmyerlisi, məşqçi Marko Qaspar, Hollandiya millisinin voleybolçusu Quinta Stenbergen və braziliyalı Renata Kolombo "Bakı" ilə vidalaşmışdı. Onlardan ilk ikisi vətənlərində "Konegliano", üçüncüsü Almaniyanın "Şviriner", sonuncusu isə Braziliyanın "Sao Bernardo" klubuna transfer olunub.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə