\"Simurq\" klubu Avstriyada təlim-məşqini davam etdirir

\"Simurq\" klubu Avstriyada təlim-məşqini davam etdirir
\"Simurq\" Avstriyadakı hazırlıqlarını davam etdirir. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, artıq gündə iki dəfə olmaqla məşqlərə başlayan Zaqatala təmsilçisi səhər idmanında yüngül fiziki təlimdən sonra taktiki və texniki tapşırıqlar üzərində işləyib. Baş məşqçi Georgi Çixradze axşam məşqində də əsasən üstünlüyü taktiki təlimə verib.

Məlumat üçün bildirək ki, yetirmələrinə müxtəlif tapşırıqlar verən gürcü mütəxəssis sonda ikitərəfli oyunla bu günlük məşqləri tamamlayıb. \"Simurq\"un düşərgəsinə bir neçə yeni futbolçu qoşulub. Baxışa dəvət olununanlardan xorvat yarımmüdafiəçi Stjepan Poljak, boşnak müdafiəçi Dilaver Zrnanoviç, sloven mərkəz müdafiəçisi Milan Andelkoviç və slovak qapıçı Darko Brljak bu gün komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, onların komandada qalıb-qalmaması ilə bağlı son qərarı yoldaşlıq görüşlərindən sonra baş məşqçi Georgi Çixradze verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə