Umut Bulut "Qalatasaray"ı Türkiyənin "Barselona"sı adlandırdı!

Umut Bulut "Qalatasaray"ı Türkiyənin "Barselona"sı adlandırdı!
İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan Umut Bulut, bir sıra açıqlamalarla çıxış
edib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin forvardı, yenicə transfer olduğu komandanı Türkiyənin "Barselona"sı adlandırıb. U.Bulud jurnalistlərlə söhbətində bildirib ki, o "Qalatasaray"ı böyük hədəfləri olan klub olduğu üçün seçib və yeni mövsümdə "cim bom"la Türkiyə çempionu olmaq istəyir: "Biz həm Türkiyə çempionu olmaq üçün, həm də UEFA Çempionlar Liqasında uğurla çıxış etmək üçün var qüvvəmizlə çalışacağıq. Hər iki mövqedə uğur qazanmaq üçün kifayət qədər güclü heyətimiz var"-deyə U.Bulut fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə