\"Neftçi\" - \"Zestafoni\" oyununu kimlər idarə edəcək?

\"Neftçi\" - \"Zestafoni\" oyununu kimlər idarə edəcək?

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşma iyulun 17-də saat 21:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzindəki \"Dalğa Arena\"da keçiriləcək. Belə ki, \"Neftçi\" klubu \"Zestafoni\"ni (Gürcüstan) qəbul edəcək.

Məlumat üçün bildirək ki, görüşü aşağıdakı hakimlər heyəti idarə edəcək:

Baş hakim: İonut Marius Avram

Baş hakimin köməkçiləri: Miklos İstvan Nagy, Sebastian Eugen Gheorghe

Dördüncü hakim: Dragos İstrate

(Hakimlər briqadası Rumıniyadandır)

Hakim – inspector :Victor Mintoff (Malta).

Bütün xəbərlər Facebook səhifəmizdə