Raiola : “PSJ” ilə fərqimiz Amerika ilə Çin arasında olan məsafə qədərdir”

Raiola : “PSJ” ilə fərqimiz Amerika ilə Çin arasında olan məsafə qədərdir”

Ulduz futbolçu Zlatan İbrahimoviçin meneceri Mino Raiola "PSJ" klubu ilə razılaşma mövzusunda qarşıda hələ çox uzun yol olduğunu söyləyib. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, mətbuata açıqlamasında Raiola belə deyib: "PSJ" ilə fərqimiz Amerika ilə Çin arasında olan məsafə qədərdir. Hələ imzalar atılmayıb. "PSJ" bu transferi bitirmədən əvvəl anlamalıdır ki, dünyanın ən yaxşı hücumçusunu alıb".

Qeyd edək ki, Fransa klubundan illik 14 milyon avro istəyən İbrahimoviç, bu şərtlərlə razılaşarsa, "Milan" komandasındakı müqaviləsinə görə, ildə 2 milyon çox qazanacaq.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə