Braziliyanın "İnternasional" komandasında forma geyən gənc ulduz Oskar Dos Santos "Çelsi" klubu ilə razılaşdığı iddialarını inkar edib. Siasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasından "Çelsi" və "Tottenham" klublarının öz heyətində görmək istədiyi 20 yaşlı oyunçunun həftəyə 22 milyon funt qarşılığında "Çelsi"ilə razılaşdığı iddia edilmişdi.
Lakin braziliyalı futbolçu bu iddiaları inkar edərək, "Çelsi"yə transferi mövzusunda məlumatlı olmadığını vurğulayıb: "Klubuma gələn rəsmi heç bir təklif yoxdur. Avropa klublarından bəzilərinin mənimlə maraqlandığını bilirəm. Ancaq Klubumuzun prezidenti Covanni Lusi ilə danışdım və özü hələ rəsmi bir təklif almadığımız mövzusunda məni məlumatlandırıb. "Çelsi" ilə haqqımda çıxan transfer xəbərləri doğru deyil".
Xatırladaq ki, Oskar 2010-cu ildə "İnternasional"a transfer olub.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB