Türkiyəni Olimpiya Oyunlarında təmsil edəcək idmançıların siyahısı tamamlanıb

Türkiyəni Olimpiya Oyunlarında təmsil edəcək idmançıların siyahısı tamamlanıb

Türkiyənin London Olimpiya Oyunlarında iştirak edəcək idmançılarının siyahısı dəqiqləşib. Siasport.az saytının məlumatına görə, Türkiyə 27 iyul-12 avqust tarixlərində Londonda keçiriləcək yarışlara Olimpiya oyunları tarixinin ən yüksək idmançı sayı ilə gedəcək. Belə ki, qardaş ölkə 16 kateqoriyada 114 idmançı ilə mübarizəyə qoşulacaq.

Məlumat üçün bildirək ki, atçılıqda 5, yelkəndə 5, atletizmdə 33, boksda 6, üzgüçülükdə 6, badmintonda 1, oxatmada 1, gimnastikada 1, basketbolda 12, voleybolda 12, velosipedsürmədə 3, taekvandoda 3, güləşdə 13, ağırlıqqaldırmada 9, cüdoda 2 və tennisdə də 2 idmançı Türkiyə üçün mübarizəyə aparacaq. Bu il idmançıların ümumi sayı ilə yanaşı qadınların sayında da artış var - Türkiyənin siyahısında 66 qadın idmançı öz hünərlərini nümayiş etdirəcək.

Qeyd edək ki, Türkiyə gimnastika, badminton, voleybol, qadınlar arasında basketbol və qadınlar arasında atletizmdə ilk dəfə iştirak edəcək.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə