"Qarabağ" klubu Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, "Traktorsazi" ilə qarşılaşan və 1:0 qələbə qazanan Ağdam təmsilçisi məşqlə kifayətlənib.Bu müddətdə komandaya Türkiyə mətbuatının diqqəti artıb. Türkiyənin tanınmış "Anadolu Ajansı" (AA) klubun düşərgəsində olub və komanın baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb.
Məlumat üçün bildirək ki, AA-ya müsahibəsində baş məşqçi hazırlığın ümumi gedişindən, qarşıdan gələn çenmpionatdakı hədəfləri ilə yanaşı Türkiyə futbolu ilə bağlı sualları da cavablandırıb. Qardaş ölkə futbolunu yaxından izlədiyini və maraqlandığını və azərbaycanlı futbolçuların yaxın 3-4 ildə superliqada çıxış edə biləcəyini vurğulayıb. Türkiyə futbolunda kimi bəyənirsiz sualına Q.Qurbanov ad çəkməsə də, bir neçə futbolçunun çıxışını xoşladığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB