Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab matçında Bakının "İnter" klubu Estoniyanın "Trans" klubunu qəbul edib. Hər hissədə bir top vuran paytaxt təmsilçisi qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, ilk görüşdə "İnter" rəqibini səfərdə 5:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Komandamız növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.
\"İnter\" (AZƏRBAYCAN) - \"Trans\" (Estoniya) - 2:0
Qollar: Slavço Georgiyevski, 21 (1:0), Nizami Hacıyev, 86 (2:0)
"İnter": Revaz Tevdoradze, Valeri Abramidze, Vladimir Levin, Slavço Georgiyevski, Asif Məmmədov (Daniel Genov, 86), Bryus Abdulaye, Arif Daşdəmirov, İbrahim Niasse, Ruslan Əmircanov, Giorgi Adamiya (Nizami Hacıyev, 76), Baçana Sxadadze (Tales Şütz, 60)
"Trans": Vladimir Malkov, Sergey Kazakov, Vitali Qusev (İqor Ofsiyanikov, 84), Dmiriys Medeskis, Maksim Qruznov (Dmitri Borisov, 58), Aleksadrs Abramenko, Sergey Leontovits, Erik Qriqoryev, Stanislav Kitto, Aleksandrs Alekseyev, Alekseys Kuplovs-Oqinskis
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB