Premyer Liqanın püşkatma mərasimi nə vaxt keçiriləcək?

Premyer Liqanın püşkatma mərasimi nə vaxt keçiriləcək?
Futbol üzrə Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək. Siasport.az saytının məlumatına görə, iyulun 14-də baş tutacaq mərasim saat 12:00-da AFFA-nın inzibati binasında təşkil ediləcək. Tədbirdə Premyer Liqada çıxış edən klubların nümayəndələri iştirak edəcək.

Məlumat üçün bildirək ki, KİV nümayəndələri mərasimə dəvət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə