Bakıda “Master Cup” beynəlxalq atçılıq turniri keçiriləcək

Bakıda “Master Cup” beynəlxalq atçılıq turniri keçiriləcək
İyulun 13-dən 15-nədək Binə Atçılıq Mərkəzində \"CSİ-1* -W\" kateqoriyalı \"Master Cup" beynəlxalq atçılıq turniri keçiriləcək. Atçılıq Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, atçılığın konkur növü üzrə yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, turnirdə ümumilikdə 19 çapar və 39 at mübarizə aparacaq. Beynəlxalq turniri idarə edəcək hakimlər briqadası Qazaxıstan, İran və Türkiyədən dəvət olunub. 3 gün davam edəcək yarışlar hər gün saat 16:00-da başlayacaq.

Qeyd edək ki, \"Master Cup" beynəlxalq turnirinin ümumi mükafat fondu 9500 avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə