Qızlarımız bolqarıstanlılara qalib gəldi

Qızlarımız bolqarıstanlılara qalib gəldi

Qəbələdə hazırlıqlarını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib. Siasport.az saytının məlumatına görə, \"Natura\" meydançasında baş tutan qarşılaşma Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə yığmamızın xeyrinə sona çatıb.

Qeyd edək ki, iyul ayının 12-də, saat 18:00-da, Qəbələdə bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə