Yunan futbolçu:"Bilirik ki, “İnter” Azərbaycanın ən güclü klublarından biridir"
Avropa Liqasının II
təsnifat mərhələsində Bakının "İnter" klubunun rəqibi olacaq
Yunanıstanın "Asteras" klubunun yeni transferi Mikael Fragoulakis bir sıra açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, yunan futbolçu Bakı "İnter"inin güclü komanda olduğu qənaətindədir:
"Artıq 3 həftə olar ki, "Asteras"ın düşərgəsindəyəm, təlim-məşq toplanışında iştirak edirəm. Artıq yeni kollektivə uyğunlaşdığımı deyə bilərəm. 1 həftədən sonra tam hazır olacam. Zədəm də tam sağalmaq üzrədir və xüsusi proqram üzrə olan çalışmamı da yekunlaşdırıram. Bilirik ki, "İnter" Azərbaycanın ən güclü klublarından biridir. İlk mərhələdə qazandıqları 5:0-lıq qələbə də çox şeydən xəbər verir. Lakin biz də qarşımıza ciddi hədəflər qoymuşuq. Odur ki, bu komandaya qarşı oynamağa tam hazırıq. Hər iki oyun çətin olacaq. Növbəti mərhələyə keçmək üçün nəyi bacarırıq, onu da edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB