Futbol üzrə Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində "Bakı" klubunun rəqibi olan Sloveniyanın "Mura 05" klubu ciddi itki ilə üzləşib. Murska-Sobota təmsilçisi əsas qapıçısı Ales Luk ilə yollarını ayırmalı olub. Belə ki, 31 yaşlı qapıçı Kiprin ENP komandasına transfer olunub.
Qapıçı iyulun 12-də Lendavada keçiriləcək "Mura 05"-"Bakı" qarşılaşmasında oynamayacaq. Qeyd edək ki, A.Luk iyulun 5-də paytaxtımızda keçirilən ilk görüşdə "Bakı"nın qarşısında maneəyə çevrilərək qol buraxmamaqla 0:0 hesablı nəticədə əsas pay sahiblərindən olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB