Türkiyənin "Qalatasaray" klubu Həmid Altıntopun transferi ilə bağlı Madridin "Real" komandası ilə danışıqlara başladığını rəsmən açıqlayıb. SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, peşəkar futbolçu Həmid Altıntopun transferi üçün klubu "Real"la danışıqlara başlanılıb. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".
"Qalatasaray"ın ulduz futbolçuya ildə 3,3 milyon və hər oyuna görə 20 min avro ödəyəcəyi bildirilir. Bundan başqa, komanda ölkə çempionatında ilk iki yerdən birini tutsa, Həmid Altıntop əlavə 300 min avro qazanacaq.
Qeyd edək ki, Həmid Altıntopu "Qalatasaray"ın əsas rəqibi "Fənərbağça" da transfer etmək istəyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB