“Xəzər Lənkəran” növbəti mərhələyə çıxdı - VİDEO

“Xəzər Lənkəran” növbəti mərhələyə çıxdı - VİDEO

Avropa Liqasının ilk mərhələsinin cavab oyununda "Xəzər Lənkəran" Estoniyada "Nomme Kalyu" klubu ilə qarşılaşıb. İlk görüşdə böyük hesablı heç-heçə qeydə alındığından (2:2) cavab matçının lənkəranlılar üçün çətin keçəcəyi gözlənilirdi.


Belə də oldu. Amma "Xəzər Lənkəran" hər hissədə bir qol vuraraq qarşılaşmadan qalib ayrılıb. Ruslan Abışov və Branimir Subaşiç fərqləniblər. İki görüşün nəticəsinə görə komandamız AL-nın növbəti mərhələsinə vəsiqə qazanıb.


"Bakı" və "İnter" komandaları isə iyulun 12-də təkrar qarşılaşmaya çıxacaq.


\"Nomme Kalyu\" (Estoniya) - \"Xəzər Lənkəran\" (AZƏRBAYCAN) (İlk oyun - 2:2) - 0:2

Qollar: Ruslan Abışov, 40 (0:1), Branimir Subaşiç, 85 (0:2)

Hakimlər: Dag Vidar Hafsas, Svein Inge Wiken, Jan Erik Engan, Trond Ivar Dovle (hamısı Norveç)

Tallin. Kadriorq stadionu


\"Xəzər Lənkəran\": Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Radomir Todorov, Ruslan Abışov, Roberto Alviz, Rahid Əmirquliyev (k), Adrian Pit (Elnur Abdullayev, 90+2), Sadio Tounkara (Rendal Brenez, 84), Branimir Subaşiç (Rikardo Qomeş, 88).


\"Nomme Kalyu\": Vitali Teles, Ken Kallaste, Tixon Şişov, Alo Barenqrub (k), Hidetoşi Vakui (Yuri Yevdokimov, 80), Eino Puri, Konsa Oliver, Jose Rodriqez, Kristen Viikma, Yankuba Seesay, Damiano Quintieri

Bütün xəbərlər Facebook səhifəmizdə