"Xəzər Lənkəran" Avropa Liqasında mərhələ adladı!

"Xəzər Lənkəran" Avropa Liqasında mərhələ adladı!

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Siasport.az saytı xəbər verir ki, təmsilçimiz "Xəzər Lənkəran" klubu bu axşam Estoniyada "Nomme Kalyu" komandası ilə qarşılaşıb. Lənkəranda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ın səfərdə işi çətin olacaqdı. Yunis Hüseynovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı idi ki, cənub təmsilçisi bu vəzifənin öhdəsindən layqincə gəlib. Belə ki, "Neftçi"dən transfer olunan Ruslan Abışovun qarşılaşmanın 40-cı dəqiqəsində və Branamir Subaşiçin 85-ci dəqiqədə vurduqları qollar təmsilçimizi növbəti mərhələyə çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə