"Neftçi"  Zaqreb "Dinamo"sunu məğlub etdi

"Neftçi" Zaqreb "Dinamo"sunu məğlub etdi
Bakının "Neftçi" futbol klubu, Avstriyada keçirdiyi son yoxlama qarşılaşmasında Xorvatiya çempionu olan Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, komandamız qarşılaşmanın 24-cü dəqiqəsində Emin Mahmudovun vurduğu yeganə qol ilə hesabda önə keçib. Olduqca maraqlı keçən qarşılaşma, yalnız güclü yağışın yağmasından sonra yarımçıq dayandırılıb. Oyundan sonra keçirilən mətbuat konfransında çıxış edən "Dinamo"nun baş məşqçisi Ante Çaçiç Azərbaycan çempionu haqqında fikirlərini jurnalistlərlə bölüşüb: "Biz keçən mövsüm də Çempionlar Liqasında "Neftçi" ilə qarşılaşmışdıq. Həmin vaxt komanda məndə o qədər də yaxşı təəssürat bağışlamadı. Bu gün isə tamam fərqli "Neftçi" gördüm. İlk hissədə gözəl oyun izlədik. Təəssüflər olsun ki, belə gözəl qarşılaşma sonadək davam edə bilmədi. "Neftçi"ni göstərdiyi yaxşı futbola görə təbrik edirəm".
A.Çaçiç "Neftçi"nin heyətində Cavid İmamverdiyev və Julius Vobayın oyununu bəyəndiyini bildirib. O xüsusilə İmamverdiyevin çıxışından danışıb: "İnanmazdım ki, Azərbaycanda belə oyunçu var. O, fantastik futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə