"Anji" Miroslav Stok üçün "Fənərbaxça"ya 17,5 milyon avro təklif edir
Rusiyanın "Anji" klubu, İstanbulun "Fənərbaxça" futbol klubunun slovakiyalı forvardı Miroslav Stoku transfer etmək üçün ciddi addımlara başlayıb. Siasport.az saytı xəbər verir ki, Mahaçqala təmsilçisi 2010-cu ildən "Fənərbaxça"da çıxış edən M.Stok, keçirdiyi 56 qarşılaşmada 14 qola imza atıb. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti xəbər verir ki, Mahaçqala təmsilçisi slovakiyalı futbolçunu transfer etməkdə israrlıdır. Daha öncə Stok üçün 12 milyon avro təklif edən "Anji" bu məbləği bir qədər də artırıb. Dağıstan təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün "Fənərbaxça"ya 17,5 milyon avro təklif edib. Bu məbləğin "Fənərbaxça" rəhbərliyini qane etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB