Portuqaliya – Azərbaycan qarşılaşmasının vaxtı müəyyən olundu

Portuqaliya – Azərbaycan qarşılaşmasının vaxtı müəyyən olundu

Dünya Çempionatı -2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya - Azərbaycan oyununun başlanma vaxtı dəqiqləşib. Siasport.az saytının məlumatına görə, Braqa şəhərindəki "Braqa Municipial Stadium"da baş tutacaq qarşılaşma yerli vaxtla saat 21:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan millisinin mübarizə aparacağı "F" qrupunda daha bir oyunun keçiriləcəyi stadion və başlanma vaxtı məlum olub. Belə ki, İsrail - Rusiya görüşü Sentyabrın 11-də, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə