Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Qubada hazırlaşır

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Qubada hazırlaşır
İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq Dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi altında hazırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub. Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığma komandası ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir.

Qeyd edək ki, Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə