Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirir. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, hazırlığı bir məşqlə davam etdirən Qurban Qurbanovun yetirmələrinin çalışması 2 saata yaxın davam edib.
Qeyd edək ki, yüngül hərəkətlərin ardından ümumi məşqləri yerinə yetirən \"Qarabağ\" klubunun futbolçuları daha sonra ikili, üçlü qruplar halında məşqlərini davam etdirib. Sonda komandanın gənc və təcrübəli futbolçuları arasında ikitərəfli görüş keçirilib.
Xatırladaq ki, İranın "Zob Ahan" klubu ilə oyunda aldığı zədəsini tam sağaltmayan Muarem Muarem məşqdə iştirak etməyib. Ayağında kiçik zədə olan Vüqar Nadirov isə sadəcə qaçış hərəkətləri ilə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB