\"İnter\" Ramil Həşimzadə ilə müqaviləsini niyə ləğv etdi?

\"İnter\" Ramil Həşimzadə ilə müqaviləsini niyə ləğv etdi?

Xəbər verdiyimiz kimi, yay transferi ərzində "İnter" klubu \"Sumqayıt\" klubunun gənc futbolçusu Ramil Həşimzadə ilə müqavilə bağlamışdı. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, "bankirlərin" hər iki təlim-məşq toplanışında iştirak etmiş Ramil Həşimzadə bu günlərdə yenidən keçmiş klubuna qayıtdı. Bunun əsas səbəbi futbolçunun əsas heyətə düşmək şansının az olması olub. Beləliklə, Ramil Həşimzadə ilə qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə