Avropa Liqasının ilkin təsnifat mərhələsində səfərdə Estoniyanın "Nımme Kalyu" klubu ilə cavab qarşılaşması keçirəcək "Xəzər Lənkəran" oyunun hazırlıqlarını artıq yekunlaşdırıb. Siasport.az saytının məlumatına görə, paytaxt Tallin şəhərinin "Le Kok" stadionunun ehtiyat meydançasında oyun öncəsi məşqini yüksək əhval-ruhiyyədə başa vuran cənublular artıq "Nımme Kalyu" ilə cavab qarşılaşmasına tam hazır olub.
Məlumat üçün bildirək ki, vacib oyun öncəsi "Xəzər Lənkəran"ın heyətində itki yoxdur. Avropa Liqasının ilkin təsnifat mərhələsinin "Nımme Kalyu" – "Xəzər Lənkəran" cavab qarşılaşması iyulun 10-da Tallinin "Kadriorq" stadionunda keçiriləcək.
Qeyd edək ki, norveçli hakim Daq-Vidar Xavsosun idarə edəcəyi görüşün start fiti Bakı vaxtı ilə saat 20:45-də veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB