Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Füzuli Ələkbərov ölkəmizdə idmanın inkişafı üçün müasir infrastrukturun, o cümlədən regionlarda yeni olimpiya idman komplekslərinin yaradıldığını vurğulayıb.
Bildirilib ki, yaxın vaxtlarda Bakıda Cüdo İdman Kompleksinin də inşasına başlanılacaqdır. Bu, dövlət başçısının idmana diqqətinin daha bir bariz nümunəsidir.
Qeyd olunub ki, beynəlxalq turnirlərdə və Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edən cüdoçularımız son beş ildə 1116 qızıl, 829 gümüş, 1056 bürünc medal qazanıblar. Yalnız 2011-ci il ərzində idmançılarımız 270 qızıl, ümumilikdə isə 705 medala sahib olublar.
Görüşdə çıxış edən cüdoçular Azərbaycanın idman salnaməsini yeni Olimpiya qələbələri ilə daha da zənginləşdirəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB