Gigs Olimpiyadada Böyük Britaniya yığmasının kapitanı olacaq

Gigs Olimpiyadada Böyük Britaniya yığmasının kapitanı olacaq
İyulun 25-dən avqustun 11-ə qədər Olimpiya oyunlarına ev sahibliyi edəcək Böyük Britaniya hazırlıqlarını davam etdirir. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, 38 yaşlı əfsanəvi ingilis yarımüdafiəçisi Rayan Giggs B.Britaniya yığmasının kapitanı olacaq. "British The sun" qəzetinin bildirdiyinə görə, Gigs 18 oyunçudan ibarət heyətdə 23 yaşdan böyük olan 3 oyunçudan biridir. Kreyq Bellami, Mika Riçard da həmçinin bu siyahıya daxildir.

Qeyd edək ki, öz karyerasına 17 yaşında 1991- ci ildə "Mançestr Yunayted"in əsas heyətində başlayan Gigs üçün Olimpiya oyunları 1-ci beynəlxalq turnir olacaq.

Xatırladaq ki, o, bu mövsüm Premyer Liqa tarixində ən yaxşı oyunçu adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə