Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Türkiyənin Qızılcahamam bölgəsində təlim- məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Ağdam klubu gündə 2 dəfə olmaqla hazırlıqları davam etdirir. Komandada zədəli futbolçuların olmaması məşqçi heyətini sevindirir. Yalnız Muarem Muarem çalışmanı erkən tərk etməli olub. Belə ki, "Zob Ahan"la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı tərk etməyə məcbur olan futbolçunun həmin yerdən ağrı duyması məşqini yarımçıq saxlamasına səbəb olub.
Qeyd edək ki, futbolçunun zədəsinin ciddi olub-olmaması tibbi müayinədən sonra bilinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB