Xəbər verdiyimiz kimi, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "İnter" səfərdə Estoniyanın "Trans" komandasıyla qarşılaşmışdı. Siasport.az saytının məlumatına görə, rəqibini 5:0 hesabıyla məğlub edən paytaxt klubu Bakıya qayıtdıqdan sonra bir gün istirahət edib.
Məlumat üçün bildirək ki, artıq cavab oyununun hazırlığına start verən bankirlər məşq prosesini Zabrat qəsəbə stadionunda, axşam saat 20.00-da isə "Dalğa Arena"da keçirib.
Xatırladaq ki, "İnter"- "Trans" qarşılaşması iyulun 12-də baş tutacaq. Görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanın baş hakimi şotlandiyalı Kevin Klansi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB