Formula 1-də Böyük Britaniya "Qrand Pri"sinin qalibi Avstraliya pilotu Mark Veber olub. Siasport.az saytının Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, mövsümün 9-cu yarışı olan Böyük Britaniya "Qran Pri"si 5.891 kilometrlik Silverstone şossesində 52 tur davam edib. Ümumilikdə, 306.198 kilometr məsafədə yarış keçirilib.
Məlumat üçün bildirək ki, açıq havada təşkil olunan "Qran Pri"də damalı bayrağı ilk görən Vebber cari mövsüm 2-ci qələbəsini əldə edib. Öncəki sıralamada turları birinci yerdə başa vuraraq yarışa ilk cərgədə başlayan İspaniya pilotu Fernando Alonso Veberi 2-ci sırada izlədiyi vaxtda, Almaniya pilotu Sebastiyan Vettel isə, 3-cülüyü əldə edib.
Qeyd edək ki, mövsümün 10-cu yarışı olacaq Almaniya "Qrand Pri"si İyulun 20-22-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB