Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən olan "Xəzər Lənkəran" klubu ilkin təsnifat mərhələsinin cavab qarşılaşması üçün artıq Estoniyanın paytaxtı Tallinə səfər edib. Siasport.az saytının məlumatına görə, Bakıdan Tallinə çarter reysi ilə gedən "Xəzər Lənkəran" yerli "Nomme Kalyu" ilə oyunadək gündə bir dəfə olmaqla hazırlıq keçəcək.
Məlumat üçün bildirək ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində baş tutmuş "Nomme Kalyu" – "Xəzər Lənkəran" cavab qarşılaşması iyulun 10-da Tallinin "Kadriorq" stadionunda keçiriləcək.
Qeyd edək ki, görüşün baş hakimi norveçli Daq-Vidar Xavsos təyin olunub. Lənkəranda keçirilən ilk qarşılaşmada isə, 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB