“Gənclər Kuboku”: \"Yarımfinala vəsiqə qazanmış komandalar bəlli oldu\"

“Gənclər Kuboku”: \"Yarımfinala vəsiqə qazanmış komandalar bəlli oldu\"

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya

Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. SİA-nın xəbərinə görə, turnir çərçivəsində qrup mərhələsinin sonuncu oyunları AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilib və qalib komandalar yarım finala vəsiqə qazanıblar. Beləliklə, yarım finalda ATGTİ - Gənclik Futbol Klubu və ASAİF - Kreativ Gənclər İctimai Birliyi komandaları qarşılaşacaq.


Layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman

ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq

gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan

gəncləri bir araya gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə