UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində \"Nomme Kalyu\" klubuna qarşı cavab qarşılaşmasında iştirak etmək üçün \"Xəzər Lənkəran\" komandası bu axşam Estoniyaya yola düşəcək. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, təxminən saat 00:00-da birbaşa hava reysi ilə Bakıdan Estoniyanın paytaxtı Tallinə yollanacaq Lənkəran təmsilçisi sabah və iyulun 9-da Estoniyada oyun öncəsi məşqlərini keçirəcək.
Qeyd edək ki, \"Nomme Kalyu\" və \"Xəzər Lənkəran\" arasında cavab qarşılaşması iyul ayının 10-u Bakı vaxtı ilə saat 20:45-də Tallinin \"Kadrioru\" stadionunda baş tutacaq. Matçı Norveçi təmsil edən Daq Vidar Hafsasın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB