2012/2013 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu daha bir transferini gerçəkləşdirib. Siasport.az saytının məlumatına görə, Mahaçqalanın "Anji" klubunun əvəzedici komandasının əsas yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov "Sumqayıt" klubu ilə bir illik müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, 1990-cu ildə anadan olmuş adıçəkilən futbolçu 15 yaşında "Torpedo"nın əvəzedici komandasında çıxış etməyə başlayıb. Daha sonra "Torpedo-Zil"ə keçən Məhəmməd bu klubda 22 qarşılaşmada forma geyinib. 2010-cu ildən etibarən "Anji"nin əvəzedicilərində çıxış edən yeni transferimiz 2011/2012 mövsümündə Mahaçqala klubunun heyətində çempionatdakı bütün görüşlərində meydana çıxıb və rəqib qapılarından 1 top keçirib. O, 37 qarşılaşmada 3895 dəqiqə meydanda olub. Məhəmməd Mirzəbəyov "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB