Ronaldo qaydasız döyüş ustası ilə üz-üzə

Ronaldo qaydasız döyüş ustası ilə üz-üzə

MMA versiyası üzrə qaydasız döyüşün braziliyalı Anderson Silva və amerikalı Çel Sonnen arasında Las-Veqasda baş tutan revanş matçı öncəsi Braziliyadan olan döyüşçü məşhur həmvətəni, futbol üzrə dünya çempionu Ronaldo ilə rinqə çıxıb.


Dünyanın idman saytları xəbər verir ki, Silva açıq məşq edərkən məşhur aktyor Stiven Siqaldan bəzi döyüş məsləhətləri alırmış. Elə bu an Ronaldo meydana çıxıb.


Futbolçu ilə qaydasız döyüş ustasının qarşılaşması cəmi 15 saniyə çəkib və belə matçlar üçün ənənəvi heç-heçə ilə başa çatıb. Göründüyü kimi, Ronaldo döyüş boyu cəmi bir zərbə endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə